03 Fevral 2025, 12:30
Milli Məclisdə Qərbi azərbaycanlıların təzminat məsələsi qaldırılıb
Deputat: Ermənistan xarici işlər naziri bildirib ki, guya Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib.
Milli Məclisdə Qərbi azərbaycanlıların təzminat məsələsi qaldırılıb şəkil
Milli Məclisdə Qərbi azərbaycanlıların təzminat məsələsi qaldırılıb

Milli Məclisdə Qərbi azərbaycanlıların təzminat məsələsi qaldırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, guya Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib: “Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra, həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”.

Son xəbərlər
Avstraliya Aİ ilə müdafiə və təhlükəsizlik sazişi imzalayacaq
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir