Menyu

Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq

Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq

abah fevral ayı üzrə pensiyaların ödənişinə başlanılacaq.

Operativ Mediaxəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Teqlər:

"Sabah pensiyalar\u0131n yeni art\u0131mlarla birg\u0259 \u00f6d\u0259ni\u015fin\u0259 ba\u015flanacaq"

Əlaqəli Xəbərlər