Subaylıq haqqında arayışı "mygov" portalından almaq mümkün olacaq
Nərmin Qocamanlı
“mygov” platformasına daha bir neçə xidmət əlavə ediləcək.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, həmin xidmətlərə "Qurumlarda Təmsilçilik Etibarnaməsi", "Etibarnaməyə xitam ərizəsi", "Nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə", "Nəqliyyata sərəncam etibarnaməsi" və "Subaylıq haqqında arayış"ın verilməsi daxildir.
Qeyd edək ki, "mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Hökumətlə vətəndaş arasında körpü yaradan bu platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net