Menyu

İnkişaf etmiş ölkələrdə magistral yollarda hansı təhlükəsizlik tədbirləri görülür?

İnkişaf etmiş ölkələrdə magistral yollarda hansı təhlükəsizlik tədbirləri görülür?

Bəzi inkişaf etmiş ölkələrdə avtomobil yollarında sərt baryerlər (məsələn, dəmir və beton arakəsmələr) yerinə daha çox əyilə bilən və yumşaq materiallardan hazırlanan baryerlər istifadə edilir. Bu cür baryerlərin istifadəsinin əsas səbəbi avtomobil qəzası zamanı təhlükəsizliyi artırmaqdır.

Bəs bu baryerlərdən Azərbaycanda istifadə edilirmi?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Operativ Media-ya bildirib ki, bu üsul Azərbaycanda geniş yayılmayıb:

"Yol nəqliyyat hadisəsinin əsas predmetlərindən biri də yol hərəkətinin təhlükəsiz təşkilidir. Əsas meyarlardan biri də hərəkətdə olan nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yol kənarlarında baryerlərin qurulmasıdır. Bu baryerlər elə qurulmalıdır ki, yol hərəkəti iştirakçılarına təhlükə yaratmasın. Almaniya və bəzi inkişaf etmiş ölkələrdə müxtəlif tipli arakəsmələr mövcuddur. Almaniyada avtomobil yolunda sərt baryerlər (xüsusilə dəmir arakəsmələr) yerinə, daha çox əyilə bilən və yumşaq materiallardan hazırlanan baryerlər istifadə edilir. Bu üsul ölkəmizdə də təqdim olunsa da hələ ki geniş yayılmayıb".

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev qəza hallarının azaldılması üçün digər ölkələrdəki tədbirlərdən danışıb:

"Dünyanın hər bir ölkəsində qəza baş verir. Amma qəzanın səbəbi nədir? Burada hər bir elementin öz funksiyası var. Sürətli yollarda ayrılmış zolaqlarda müxtəlif həllər tətbiq olunur. Yollarda bəzən betondan, əyri xətli məhəccər və ya əyri xəttli tirdən istifadə edilir. Burada sədlərin qoyulmasının əsas səbəbi məhz təhlükəsizliyin təminatıdır. Mümkün qəza zamanı bir tərəfi digərindən qorumaqdır.

Dünyanın inkişaf etmiş ölkələrində magistral yollarda təhlükəsizliyi təmin etmək üçün müxtəlif həllər təşkil olunur. Məsələn bəzi sədlərin ortasında diyircəklər qoyulur. Bu diyircəklər avtomobillərin sürətinin azaldılmasına təsir edir.

Bundan əlavə magistral yollarda dalan yollar təşkil edilir. Bu yollar magistral yollardan daha yuxarı meyildə olur və asfalt örtüyündən sonra torpaq örtüyünə keçir. Escape Ramp - yük maşınının xilasetmə rampası idarəetmədən çıxan nəqliyyat vasitələrinin yoldakı digər avtomobillərdən uzaqlaşması və dayanması üçün yolun yanında yerləşən qəza zonasıdır. Onlar ümumiyyətlə uzun, dik enişlərin ortasına və ya sonuna yaxın yerləşirlər.

Amma hər bir qəza ayrıca təhlil edilməlidir. Maşının vəziyyəti, mövsümə uyğun təkərlərin dəyişdirilməsi, hava şəraiti, işıqlandırma və sürət kimi faktorlar mühüm rol oynayır. İlk növbədə sürücünün sürət həddinə riayət edib etmədiyi araşdırılmalıdır. 

Yolların kənarlarında qoyulmuş sədlərin də öz məqsədi vardır. Onlar əsasən qəza risklərini azaltmaq və qəzanın nəticələrini yüngülləşdirmək məqsədilə istifadə edilir. Bu sədlər qarşı-qarşıya gələn iki avtomobilin toqquşmaması üçün qoyulur. Onlar ya beton lövhələrdən, ya da əyri xətli mühəccər formasında tətbiq edilir".

Teqlər:

"\u0130nki\u015faf etmi\u015f \u00f6lk\u0259l\u0259rd\u0259 magistral yollarda hans\u0131 t\u0259hl\u00fck\u0259sizlik t\u0259dbirl\u0259ri g\u00f6r\u00fcl\u00fcr?"

Əlaqəli Xəbərlər