Menyu

“Cəfər Cabbarlı” stansiyasında eskalatordan biri əsaslı təmir olunacaq

“Cəfər Cabbarlı” stansiyasında eskalatordan biri əsaslı təmir olunacaq

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator 2025-ci ilin planı üzrə əsaslı təmirə dayandırılıb.
Operativ Media-ya "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkaninin verdiyi məlumata əsasən, artıq təmir sahəsində təhlükəsizliyin təmin olunması, o cümlədən stansiyada tikililərin, üzlüklər və vestibülün zədələnməməsi üçün zəruri tədbirlər həyata keçirilib.

İlk mərhələdə eskalatorun lent zolağının sürahi elementləri və pillələr demontaj olunacaq, dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılacaq. Qovşaq, hissə və elementlər təftiş üçün təmir sahəsinə göndəriləcək. Diaqnostika və normativ müayinələr əsasında yararsız hissələr müvafiq ölçü və standartlar üzrə yenilənəcək, təmirə yararlılar isə bərpa olunacaq.
Təmir işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər