Xəzər dənizində xilasetmə işləri həyata keçirilib

admin
Xəzər dənizində xilasetmə işləri həyata keçirilib
Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığı Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

Operativ media Dövlət Sərhəd xidmətinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, fevral ayının 19-da Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında Rusiya Federasiyası bayrağı altında üzən “POLA ANFİSA” yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçin səhhətində ciddi problem yaranması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Sərhəd Nəzarəti Komandanlıqlarına məlumat daxil olub.

Peşəkar və sürətli müdaxilə nəticəsində yük gəmisinin kapitanı sərhəd gəmisinə təxliyə olunmuş, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Digər xəbərlər