Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında AQTA-nın əməkdaşları tərəfindən yoxlama keçirilib.
Operativ Media AQTA-nın mətbat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb.
Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib.
Şəkil Qalereyası


