Avtoqəzalarla bağlı məhkəmə mübahisələrinə dair qərar verilib

admin
Avtoqəzalarla bağlı məhkəmə mübahisələrinə dair qərar verilib
Ali Məhkəmə: Avtoqəzalarla bağlı məhkəmə mübahisələrinə dair qərar verilib

Ali Məhkəmə yol-nəqliyyat hadisələrinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Operativ Media-ya Ali məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, təqsirləndirilən şəxs 2020-ci il 2 may tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən, qarşıdan gələn digər avtomobillə toqquşub, nəticədə 3 şəxsin ölümünə səbəb olub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ilə şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib:

"Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü verilmiş apelyasiya protestinə münasibətdə ləğv edilib, təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Digər xəbərlər