28 Fevral 2025, 12:19
184 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək
Bakıda 184 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.
Operativ Media agentliyə istinadən xəbər verir ki, müsabiqədə “General Auto Company” MMC qalib gəlib.
Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.
Marşrut üzrə gediş haqqı 0,5 manat təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.