Bakıda daha bir restoranda uyğunsuzluq aşkarlanıb

admin
Bakıda daha bir restoranda uyğunsuzluq aşkarlanıb
"Xarı Bülbül" restoranında nöqsanlar aşkarlanıb.

"Xarı Bülbül" restoranında nöqsanlar aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata görə, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib.

"Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib",- məlumatda qeyd edilib.

Şəkil Qalereyası

Bakıda daha bir restoranda uyğunsuzluq aşkarlanıb - Şəkil 1
Bakıda daha bir restoranda uyğunsuzluq aşkarlanıb - Şəkil 2
Bakıda daha bir restoranda uyğunsuzluq aşkarlanıb - Şəkil 3
Bakıda daha bir restoranda uyğunsuzluq aşkarlanıb - Şəkil 4

Digər xəbərlər