Menyu

Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb

Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 6-da saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən Operativ Media -ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər