Novruz bayramında Bakıdakı məşhur restoranların qiymətləri - SİYAHI
Gələn həftə Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Novruz bayramını qeyd etmək üçün insanlar daha çox bölgələrə üz tutsa da, bayramı Bakıda keçirənlərin sayı da az deyil. Bir çox insanlar bayramı paytaxtda keçirərək şəhərin restoranlarında xüsusi Novruz şənliklərində iştirak edirlər.
Bəs, paytaxtdakı restoranlarda Novruz bayramı ilə bağlı qiymətlər necədir? Bu sualın cavabını öyrənmək üçün Operativ Media paytaxtda yerləşən məşhur restoranların bayram qiymətlərini araşdırıb:
İçəri Şəhərdəki "Xanlıq" restoranı 20 və 21 mart tarixlərində canlı musiqi və fərqli ifalarla bayram şənliyi təşkil edəcək. Burada bir nəfər üçün menyu 30 AZN-dir.
"Baku Castle" restoranında 20 mart tarixində bir nəfər üçün menyu 50 AZN təşkil edəcək. Şənlikdə keçəl və kosa animatorları, nağara şousu və tanınmış müğənnilər çıxış edəcək.
Bayram günlərində "Mala Praga" restoranında kabinetlərin depoziti bir nəfər üçün 40 AZN təşkil edir.
"Kaddeh" restoranında 21 mart cümə günü və 22 mart şənbə günü bir nəfər üçün depozit 50 AZN təşkil edir. Vip Loca həftə sonu - 600 manat (6 nəfərlik), həftə içi isə depozit 500 manat təşkil edir.
"ZEYD" restoranında masalar depozitlədir. Depozit 2 nəfər üçün 60 AZN-dir.
"Teleqüllə" restoranı bayram günlərində xüsusi şənlik təşkil etməyəcək. Restorandan bildirildi ki, 70-ci mərtəbə təmirə görə hazırda işləmir.
Şüvəlanda yerləşən "Halva" restoranında bayram günləri depozitlər 35-40 AZN-dən başlayır. Restorandan bildirilib ki, şou-proqram və digər dəyişikliklər barədə yaxın günlərdə məlumat veriləcək.
"ZİLL" restoranında bir nəfərlik depozit 40 AZN təşkil edəcək.
"Oazis" restoranında menyular 50 AZN-dən başlayır. Bayram şou proqramı isə yaxın günlərdə açıqlanacaq.
"Muzikol" restoranında Novruz bayramına özəl banket menyusu təqdim edilir. Menyunun bir nəfər üçün qiyməti isə 38 AZN-dir
________________________________________________________________
Bayram günlərində bölgələrdəki hotellərin qiymətləri
Bayram günlərində ölkədaxili tur qiymətləri
Bakının məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri
_________________________________________________________________