Menyu

Qəzaların çoxunun hansı səbəbdən baş verdiyi açıqlandı

Qəzaların çoxunun hansı səbəbdən baş verdiyi açıqlandı
1 dəq oxu

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən "Operativ Media" ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan​ arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.

DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.

Qurum bununla bağlı videoçarx hazırlayıb.

Əlaqəli Xəbərlər