http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirib

28 Oktyabr 2023 , 12:58
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhərinin Pirallahı rayonu, Gürgan qəsəbəsində, Neftçala rayonunun Mayak kəndində, Siyəzən rayonunun Böyük Həmyə kəndində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində və Şəmkir su anbarının sahilində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - YENİLƏNİB

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - YENİLƏNİB

Oğuzda qumbara və sursat aşkarlanıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

XƏBƏR LENTİ
  • 13:48

    Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
    Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
  • 13:44

    İbrahim Rəisi: “Bu, iki xalq üçün çox uğurlu bir görüşdür”
  • 13:41

    Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - YENİLƏNİB
  • 13:31

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
  • 13:14

    İlham Əliyev: “İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər”
    İlham Əliyev: “İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər”
  • 12:58

    İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
  • 12:55

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB
  • 12:53

    Oğuzda qumbara və sursat aşkarlanıb
Menyu