AMB sədri Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb

Nərmin Qocamanlı
AMB sədri Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb

"Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüşümüz oldu".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X"də bildirib.

"Görüşdə Mərkəzi Bankın ödəniş xidmətləri bazarının inkişafı istiqamətində apardığı islahatlar, eləcə də fintex ekosistemində təmsil olunan təşkilatlarla digər maliyyə institutları arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etdik. Fintexlərin ödəniş bazarında rolunun gücləndirilməsi, yeni ödəniş həllərinin tətbiqi və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində danışdıq. Həmçinin fintex sektorunun cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - o, qeyd edib.

Digər xəbərlər