Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb
Redaksiya
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.
Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla ümumilikdə 18 odlu silah götürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net