Menyu

Məktəblərdə psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı test imtahanı keçirilib

Məktəblərdə psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı test imtahanı keçirilib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsi keçirilib.

İdarədən "Operativ Media"ya verilən xəbərə görə, Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə keçirilən test imtahanında 94 nəfər iştirak edib.

İmtahanda namizədlərə 30 sualın cavablandırılması üçün 60 dəqiqə vaxt verilib. Test imtahanından uğurlu nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

BŞTİ-nin müdir müavinləri Anar Məmmədov və Xəyalə Əhmədzadə test imtahanı prosesini izləyiblər.

Qeyd edək ki, müsabiqə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər üçün təşkil olunub.

Teqlər:

"M\u0259kt\u0259bl\u0259rd\u0259 psixoloji-tibbi-pedaqoji komissiyalar\u0131n yeni t\u0259rkibinin formala\u015fd\u0131r\u0131lmas\u0131 il\u0259 ba\u011fl\u0131 test imtahan\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər