Menyu

Dövlət büdcəsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

Dövlət büdcəsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

"Operativ Media" xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Toplantıda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, iclasda həmçinin "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara dəyişiklik edilməsi müzakirə ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər