http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Füzuli könüllüləri ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb

28 May 2024 , 10:59
Füzuli könüllüləri ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb

İşğaldan azad olunmuş Füzuli şəhərində Füzuli könüllülərinin təqdimatı keçirilib.

Böyük Qayıdış Gənclər Təşkilatından "Operativ Media"ya bildirilib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının “Füzuli Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Füzuli könüllülərinin şəhərə təşkil olunan səfəri zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov könüllülərlə görüşərək şəhərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumat verib. Emin Hüseynov onlara bu nəcib işdə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu baxımından bu proqramın könüllülər üçün faydalı olacağını qeyd edib. Həmçinin görüşdə tərəfdaş qurumların nümayəndələri könüllülərə işğaldan azad olunmuş ərazilərdə, eləcə də Füzuli rayonunda könüllü fəaliyyətinin təşkili və onların iştirakı ilə həyata keçiriləcək fəaliyyət haqqında ətraflı məlumat verib. Bildirilib ki, Füzuli könüllülərinin belə səfərlərinin tez-tez təşkili, eyni zamanda, Nümayəndəliklə birlikdə Füzuli rayonunda müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səfər zamanı könüllülər işğaldan azad olunmuş və yenidən qurulan, həyatın canlandığı Füzuli şəhəri ilə yaxından tanış olub, görülən işlər haqqında ətraflı məlumat əldə edib. Həmçinin kənddə məskunlaşan uşaq, yeniyetmə və gənclərlə görüşüblər.

Qeyd edək ki, könüllülər növbəti mərhələlərdə Füzuli rayonunda fəaliyyət göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək. Eləcə də bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu