29 May 2024, 20:55
Masallıda 7 kəndin qaz təchizatı dayandırıla bilər
Masallıda 7 kəndin qaz təchizatı dayandırıla bilər şəkil
Masallıda 7 kəndin qaz təchizatı dayandırıla bilər

Masallı rayonunda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.

Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. 

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb