http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ramiz Mehdiyev və Əli Həsənov Tural Sadıqlıya məlumat ötürüb?

30 May 2024 , 17:09
Ramiz Mehdiyev və Əli Həsənov Tural Sadıqlıya məlumat ötürüb?

Xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlar bir sıra məlumatları ortaya çıxarıb. 

"Operativ Media" xəbər verrir ki, bu barədə KONKRET.az məlumat yayıb.

Saytın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev-Əli Həsənov qərargahı məmurları şantaj eləmək və ölkədə hakimiyyətə etimadı sartsıtmaq məqsədilə Tural Sadıqlıya bir sıra ilginc məlumatlar ötürüb. Mənbənin verdiyi məlumata görə, şantaj xarakterli məlumatlar Tural Sadıqlıiya sevgilisi vasitəsilə çatdırılıb. Bu məsələ Əfqan Muxtarlı və digər blogerlərə tam məlum olmasa da, Tural Sadıqlının birbaşa hakimiyyətdəki bəzi məmurlara və sabiqlərə işlədiyi sübut olunub.

Belə məlum olur ki, hakimiyyət daxilində peyda olan qrup Tural Sadıqlının sevgilisini “verbovka” edərək bütün məlumatları onun vasitəsilə çatıdırıblar. Sevgilisi əvvəlcə bu işə etiraz etsə də, sonradan ona mənzil bağışlanıb. Tural Sadıqlı bunu sonralar etiraf etsə də, məsələni başqa səmtə yönəldib.

Mənbənin veridiyi məlumatda deyilir ki, sevgilisi vaxtaşırı həmin məmurların adamları ilə görüşüb, sistemli iş ortaya qoymaqla guya Turalı informasiya ilə tam təmin ediblər. Bununla da mühüm səlahiyyəti olan məmurlar Tural Sadıqlı vasitəsilə rəqibləri ilə haqq-hesab çürütməyə başlayıblar.

Adıçəkilən məmurların haqqında etik çərçivəyə sığmayan informasiyaların sevgilisi tərəfindən məqsədli şəkildə ötürülməsi əvvəlcə Tural Sadıqlıya da məlum olmayıb. Amma sonralar Sadıqlı bu məlumatların əsas mənbəyini, sevdiyi qıza kimlərin verdiyini təxmini müəyyən edib. Hazırda Tural Sadıqlıya məlumat ötürən məmurlar onun məhv edilməsi planını icra etmək barədə düşünür. Çünki Tural Sadıqlı danışsa, bu şəxslərin sonu çatacaq. Əldə etdiyimiz digər məlumata görə, artıq bəzi dairələrdə yüksək çinli məmurların adı hallanır. Yəqin ki, müvafiq dövlət strukturlarının araşdırmasından sonra bununla bağlı təxirəsalınmaz tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu