Menyu

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB-2

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB-2

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.

Bu barədə “Operativ Media”ya Metropolitendən bildirilib.

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yolunü düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.

***

13:46

Bakı Metropolitenin 28 May stansiyasında qatar yoluna düşən sərnişin həyatını itirib. 

Bu barədə "Operativ Media"ya Metropolitendən bildirib. 

Qeyd edilib ki, meyit stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq. 

***

13:21 

Bakı Metropoliteninin hərəkətində yubanmalar var. 

Bu barədə "Operativ Media"ya Metropolitendən bildirilib.

Belə ki, qatar "28 May" stansiyasına daxil olanda sərnişinlərdən biri stansiya yoluna düşüb. 

Əlavə məlumat veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər