Menyu

İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib

İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib

Bu gün keçirilən sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib.

"Operativ Media" xəbər verir ki, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, ilkin mərhələdə əldə olunan nəticələr hələ yekun deyil:

“Qarşıdakı günlərdə apellyasiya müraciətlərinə baxılacaq. Yekun nəticələr olduqdan sonra növbəti addımlar atılacaq və bu zaman ictimaiyyətə öncədən məlumat veriləcək”.

Nurlan İsmayılbəyli deyib ki, sertifikatlaşdırmada uğursuz olan müəllimlər MİQ imtahanlarında iştirak edə bilərlər.

O bildirib ki, qanunvericilikdə sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlərin MİQ imtahanlarında iştirakına məhdudiyyətin qoyulması ilə bağlı müddəa yoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər