10 İyun 2024, 18:58
Bakıda yanğın olub, 27 sakin təxliyə edilib
Bakıda yanğın olub, 27 sakin təxliyə edilib şəkil
Bakıda yanğın olub, 27 sakin təxliyə edilib

Bakıda binada yanğın olub, 27 sakin təxliyə edilib.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.

Xəsarət alan yoxdur. 

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək