Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar- avqust aylarında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib.
Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 150-si mühərrikli təkərli oturacaq), 1599-u aşağı və yuxarı ətraf protezi, habelə 1663-ü eşitmə aparatı, 1855-i qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 2455 cüt protez, 4175 ortopedik ayaqqabı, 92 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 8 ayı ərzində ümumilikdə 9,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net