http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?

24 Sentyabr 2024 , 12:00
Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?

Hazırda avtomobil bazarında xaricdən gətirilmiş avtomobillərin sayı olduqca çoxdur. Bu avtomobilləri alarkən vətəndaş bəzən dələduzluğa məruz qalır. 

Bəs xaricdən gətirilmiş avtomobil alarkən biz nələrə diqqət edilməlidir?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev “Operativ Media”ya açıqlama verib.

O, vətəndaşlara avtomobili rəsmi idxalçıdan almağı tövsiyyə edib:

“Avtomobili rəsmi idxalçıdan almaq daha düzgündür. Çünki rəsmi idxalçı avtomobilə həm zəmanət verir, həm də servis xidməti ilə təmin edir. Sahibkar aldığı avtomobildə problem yarandıqda servisə müraciət edə bilir. Əgər avtomobildə problemli hissə zəmanətldirsə, həmin hissə pulsuz olaraq vətəndaşa təqdim edilir”.

Eyyub Əliyev hazırda vətəndaşların xaricdən gətirilmiş avtomobillərə üstünlük verdiyini amma bu zamanda dələduzluq qurbanına çevrildiklərini bildirib:

“Bəzən avtomobillərin zavod qüsurlarının olduğunu görürük. Bu zaman o yenisi ilə əvəzlənir. Düzdür bu gün hər kəsin yeni avtomobil almaq imkanı yoxdur. Hazırda vətəndaşlar ikinci əl və ya xaricdən gətirilmiş avtomobil almağa üstünlük verir. Xüsusi ilə son zamanlar xaricdən avtomobil almaq daha dəbdədir.

Vətəndaş xaricdən gətirilmiş avtomobili aldıqda bəzən dələduzluğa məruz qalır. Vətəndaş dələduzluq qurbanına çevrilmək istəmirsə, avtomobil hansı markadırsa, məhz o markanın rəsmi servisində yoxlatmalıdır. Burada ən vacib məqəm budur. Çox zaman vətəndaşlar buna ciddi yanaşmır. Bu zaman isə dələduzluq qurbanına çevrilirlər.

Xaricdən gətirilmiş avtomobil tam şəkildə yoxlanmalıdır. Sadəcə həmin markanın servisi avtomobildə hansı problemlərin olduğunu dəqiq deyə bilər.  Bu zaman kiçik problemlər belə aydın şəkildə görünür. Amma təəssüflər olsun ki, vətəndaşlarımız hələ də xaricdən avtomobil alarkən bu prosesə ciddi fikir vermir. Sahibkar xaricdən gətirdiyi avtomobili hansısa ustanın yanında yoxladır. Hətta bəziləri “dayıoğlunun maşından başı çıxır” deyib, onunla birlikdə avtomobil almağa gedir. Bu zaman da təbii olaraq avtomobildəki problemlər tam dəqiq bilinmir. Ona görə də vətəndaş xaricdən avtomobil gətirərkən, maşının markasının rəsmi servis yerində yoxlatmalı, daha sonra almalıdır”.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycana satmaq üçün gətirdiyi əksər avtomobillər yağışın, qarın altında saxlanılan maşınlardır:

“Bu avtomobilləri ölkəyə gətirənlərin əsas məqsədi pul qazanmaqdır. Çünki avtomobil xaricdə daha ucuz satılır. Müəyyən şəxslərin Azərbaycana satmaq üçün gətirdiyi əksər avtomobillər yağışın, qarın altında saxlanılan maşınlardır. Belə olduqda isə, onların alt hissələri korroziyaya uğrayır, elektrik naqillərində və digər hissələrində problem yaranır. Bu zaman ən təhlükəli məqam avtomobilin elektrik sisteminə suyun keçməsidir. Bu çox təhlükəli haldır. Bu maşının yanma ehtimalını daha da artırır. Eyni zamanda xaricə satış üçün çıxarılan avtomobillərin əksəriyyətinin sürət qutusunun, detallarının dəyişdirilməsinə rast gəlinir. Buna görə də xaricdən alınan işlənmiş avtomobillərin bəzən hərəkətdə olarkən, dayandığı yerdə yandığına şahid oluruq”.

Ekspert bu hallların qarşısının alınması üçün gömrük-keçid postlarında müəyyən texniki müayinə mərkəzi yaradılmalı olduğunu vurğulayıb:

“Bəzən zavoddan buraxılarkən avtomobilin üzərində olan əsas katalizatoru çıxarıb, yerinə ucuz katalizator qoyub satırlar. Ucuz katalizatorlar isə bir müddətdən sonra sıradan çıxır.  Bunu daha çox bu işlə məşğul olan fərdi sahibkarlar edir.Bu halların qarşısı almaq üçün müəyyən tədbirlər görülməlidir. Gömrük-keçid postlarında müəyyən texniki müayinə mərkəzi yaradılmalıdır”.

OXŞAR XƏBƏRLƏR
TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

XƏBƏR LENTİ
  • 14:16

    Hikmət Hacıyev Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
  • 14:08

    Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib
  • 14:04

    XİN: Çeçenistanda saxlanılan 3 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb
  • 14:01

    Prezident İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
    Prezident İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
  • 13:51

    İraq və Suriyanın şimalında daha 3 terrorçu zərərsizləşdirilib
  • 13:39

    Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAM
    Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAM
  • 13:30

    Məhkəmə "Altis Qrup of Kompani" ilə bağlı qərar verib
  • 13:27

    TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib
Menyu