http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

24 Sentyabr 2024 , 13:27
TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

Elm və təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun elektron portalına bu günə kimi 54 minə yaxın müraciət daxil olub, 42 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.

Bəs yeni tədris ilində Təhsil Tələbə Krediti Fonduna nə qədər müraciət daxil olub?

“Operativ Media”nın sorğusuna cavab olaraq,Təhsil Tələbə Krediti Fondunun mətbuat katibi Ayaz Mustafayev yeni tədris ilində portala 8100 müraciət daxil olduğunu açıqlayıb:

“Yeni tədris ilində, yəni 2024-2025-ci tədris ilinin başlanğıcında elektron portala 8100 müraciət daxil olub, təqribən 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib. Digər müraciətlər hazırda emal prosesindədir.  Hal-hazırda da TTK-ya müraciət edir. Tələbələr payız semestrinin sonuna kimi, yəni 2025-ci ilin fevral ayının sonunadək e-ttkf.edu.az portalı vasitəsilə kredit üçün müraciət edə bilərlər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilmişdir.

Qaydaya əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura, tibb təshili üzrə rezidentura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani və ödənişli (öz vəsaiti hesabına) təhsil alan şəxslər yararlana bilirlər.

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

XƏBƏR LENTİ
  • 16:12

    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
  • 16:09

    Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb
  • 16:06

    Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır
  • 15:54

    Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir
  • 15:47

    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
  • 15:43

    İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb
  • 15:37

    AFFA Premyer Liqa klublarını cərimələdi
  • 15:34

    Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Menyu