Menyu

27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür - Millət vəkili

Nərmin Qocamanlı
27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür - Millət vəkili

“Azadlığımız, istiqlaliyyətimiz, ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu gün Azərbacan respublikasının tarixinin şanlı səhifələrindəndir”.

“Operativ Media” xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, 27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür:

“Bu bizim milli qürur, ləyaqət, şərəf tariximizdir. 27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıddığı gündür. Azərbyacanın tarixində qəhrəmanlıqla bağlı səhifələri çox olub. Amma 27 sentyabr azərbaycanlıların qan yaddaşında həkk olunacaq. İllər keçəcək, əsrlər bir-birini əvəz edəcək, amma bu gün, bu günün qəhrəmanları heç vaxt unudulmayacaq. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimiz qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət diləyirəm. Allah məkanlarını cənnət, məqamlarını ali etsin. Qazilərimizə can sağlığı versin. Allah Azərbaycan xalqını qorusun. Ali Baş Komandan cənab İlham Əliyev hüquq sisteminin dağıdılmış, ildən-ilə geosiyasi təhlükələrin artdığı bir zamanda güclü bir dövlət yaradıb. Azərbaycan vətəndaşı bu güclü ölkənin bir hissəsidir. Bizlər bu güclü ölkənin vətəndaşı olmağımızla hər zaman fəxr etmişik”.

Teqlər:

"27 sentyabr Az\u0259rbaycan\u0131n qalib xalq kimi \u00f6z\u00fcn\u00fc b\u00fct\u00fcn d\u00fcnyaya tan\u0131td\u0131\u011f\u0131 g\u00fcnd\u00fcr - Mill\u0259t v\u0259kili"

Əlaqəli Xəbərlər