http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

11 Oktyabr 2024 , 11:32
"SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

Son zamanlar Azərbaycanda bir çox vətəndaşdan “SİMA İmza” istənilir.  

“Operativ Media” “SİMA İmza” barəsində maraqlı olan suallara aydınlıq gətirib.

Yeni nəsil rəqəmsal imza olan "SİMA imza" nədir?

“SİMA İmza” – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. “SİMA İmza”əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.

Bu imzadan kim istifadə edə bilər?

Bu imzadan Azərbaycan Respublikasının vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər tərəfindən istifadə edilə bilər.

“SİMA İmza”nın üstünlükləri nədir?

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. “SİMA İmza”nın tərəfdaşlarına təqdim etdiyi üstünlüklərdən biri də istənilən sistemə inteqrasiya oluna bilməsidir.

“SİMA İmza”nın maliyyə əməliyyatları zamanı tərəfdaşlarına qazandırdığı ən mühüm üstünlük isə imzanın etibarlılığıdır. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin “SİMA İmza”sı ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür. SİMA mobil tətbiqi ilə dövlət və özəl qurumlara aid 1000-dən çox müxtəlif xidmətdən istifadə edə bilərsiniz. “SİMA” mobil tətbiqini yükləyən 1.000.000 milyondan artıq istifadəçi bu xidmətdən yararlanır”.

“SİMA İmza” necə açılır?

İlk olaraq “SİMA İmza” mobil tətbiqini “App Store” və ya “Google Play” vasitəsi ilə smartfona yükləmək lazımdır. Yükləmə bitdikdən sonra tətbiqi açın. Bu zaman qarşınıza şərtlər və qaydalar çıxacaq. Onları oxuyub qəbul etdikdən sonra, aşağıda yerləşən qeydiyyat düyməsinə toxunun. Ekrana şəxsiyyət vəsiqələrinin növləri (köhnə və yeni olmaqla) gələcək. Şəxsiyyət vəsiqənizin növünü seçərək, davam edin.

Vəsiqənin MRZ kodu olan aşağı hissəsini skan edə və ya şəklini yükləyərək qeydiyyata davam edə bilərsiniz. Tətbiqdən istifadə edərkən kameradan istifadəyə icazə vermək lazımdır.

Sonraki addım isə üz tanıma prosesidir. Prosesə başlamaq üçün smartfonu düzgün tutmaq lazımdır. Üzünüzü ekranda olan çərçivəyə tutun və təsdiqlənənədək tərpənməyin. Daha sonra yeni bir səhifə açılacaq. Açılan səhifədə pinkodunuzu təyin edərək təsdiqləyin. Beləliklə “SİMA İmza”sına sahib olacaqsınız. Pin kod, eyni zamanda “SİMA İmza” sayıldığına görə onu unutmaq olmaz.
 

“SİMA İmza” “Google Play” yükləyin

“SİMA İmza” “App Store” yükləyin
 

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

Sabiq nazirə məxsus şirkət cərimələnib

Sabiq nazirə məxsus şirkət cərimələnib

XƏBƏR LENTİ
  • 14:09

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib
  • 14:04

    Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
  • 13:52

    Abdullah Avcı "Neftçi"nin təklifini geri çevirib
  • 13:46

    Muxtar Babayev Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib
  • 13:42

    Putin Kazanda Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcək
  • 13:29

    Putin İran prezidenti Pezeşkianla görüşüb
  • 13:19

    "Nobel" Sülh mükafatının laureatı məlum olub
  • 13:16

    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Menyu