Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (584 milyon manat) çox olmaqla, 4 milyard 860 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.
Yanvar-sentyabr aylarında 29 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 131 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.