ƏƏSMN: Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
Nərmin Qocamanlı
44 günlük Vətən müharibəsindən sonra 489 hərbçi 598 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 489 hərbçi 598 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.
Eyni zamanda, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatı da həyata keçirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma