05 Dekabr 2024, 09:33
Yararlılıq müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək
Yararlılıq müddəti bitmiş dərmanların satışına görə cərimələr artırılır.
Yararlılıq müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək şəkil
Yararlılıq müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək

"Operativ Media"nın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on bir min manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb