Menyu

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

Nərmin Qocamanlı
MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

MSK-dan "Operativ Media"ya bildirilib ki, Mərkəzi Seçki Komissiyası genişmiqyaslı proqramına uyğun olaraq, Azərbaycan və ingilis dillərində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

Layihənin həyata keçirilməsində başlıca məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki köməklik göstərmək və sərbəst fəaliyyətlərini daha da təkmilləşdirməkdən ibarətdir.

Nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasına dair qanunvericiliklə müəyyənləşdirilmiş prinsiplər əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.

Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi müvafiq normativ xarakterli aktlar əsasında tərtib olunub.

“Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər