Menyu

TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

"Operativ Media" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

TƏBİB tabeli tibb müəssisələrində təmir işlərinə toxunan V.Qurbanov bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb. Eyni zamanda, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir.

O həmçinin xəstələrin dərman təchizatı məsələsinə də toxunub:

"Hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.

B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiyasının dekabrın 1-nə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1 055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər