Menyu

Cari ildə 6 yeni peşə ixtisasının tanınması həyata keçirilib

Cari ildə 6 yeni peşə ixtisasının tanınması həyata keçirilib

"Operativ Media"nın məlumatına görə, bunu qurumun İdarə Heyətinin sədri Tural Əhmədov media üçün illik hesabat görüşündə deyib.

Onun sözlərinə görə, 2024-cü il ərzində TKTA tərəfindən 6 yeni peşə ixtisası (“Avtomobil mühərrikləri yığıcısı”, “Kargüzar”, “Mühafizəçi”, “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru”, “İnşaat ustası”) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib:

“Qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb”.

T.Əhmədov bildirib ki, cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib:

“Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib. İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər