28 Dekabr 2024, 15:05
AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq
Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.
AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq şəkil
AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq

"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb: "Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur".

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

report

Yeni ilin ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb