Menyu

Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir.

Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir.

Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər