Kürəyin sürəti güclənib - FAKTİKİ HAVA
Yanvarın 17-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin "Operativ Media"ya olan məlumatına əsasən, yanvarın 17-si saat 17:00-a olan məlumatına əsasən hazırda bəzi yerlərdə qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuzda 20 m/s, Naftalan, Ceyrançöl, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Şəki, Şamaxı, Qobustanda yağış, Şahdağda isə qar yağır.
Naxçıvan, Şərur, Şahbuz, Culfa, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Zərdabda duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran və dağlıq rayonlarda 5 , Naxçıvan MR-da 3 dərəcəyədək istidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net