http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabah hava necə olacaq?

29 Oktyabr 2023 , 13:18
Sabah hava necə olacaq?

Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - YENİLƏNİB

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - YENİLƏNİB

Oğuzda qumbara və sursat aşkarlanıb

Oğuzda qumbara və sursat aşkarlanıb

XƏBƏR LENTİ
  • 14:39

    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
  • 14:37

    Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
    Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
  • 14:24

    Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
  • 14:21

    İlham Əliyev: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
    İlham Əliyev: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
  • 14:18

    XİN Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı paylaşım edib
  • 14:12

    Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq
  • 14:10

    Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək
  • 14:04

    Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Menyu