http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DYP və MKTB yol işçiləri ilə bağlı sürücülərə müraciət edib

30 Oktyabr 2023 , 19:11
DYP və MKTB yol işçiləri ilə bağlı sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTB) sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması üçün müraciət edib.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, müraciətdə paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmaq və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almaq xahiş edilir.

"Təbii ki, bütün piyadaların yol hərəkətinin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməsi həyati əhəmiyyətli və vacibdir. Lakin unutmaq lazım deyil ki, piyadaların təhlükəsizliyə ciddi şəkildə riayət etməsi ilə yanaşı, sürücülərin də hərəkət iştirakçılarına münasibəti son dərəcə diqqətli olmalıdır. Kommunal sahədə çalışan əməkdaşların avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunmasına baxmayaraq, müəyyən sürücülərin diqqətsizliyi bəzən xoşagəlməz ağır hadisələri də qaçılmaz edir. Öncə paytaxtın mühitinə, relyefinə düzgün yanaşmağı, ətraf mühiti çirkləndirməməyi, kommunal sahədə çalışan əməkdaşların əziyyətini artıran hərəkətlərə yol verməməyi və yollarda bu növ xidməti göstərən şəxslərə qarşı diqqətli olmağı xahiş edirik", - müraciətdə vurğulanır.

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb

Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb

Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA

VI sinif şagirdləri üçün monitorinq keçirilir

VI sinif şagirdləri üçün monitorinq keçirilir

XƏBƏR LENTİ
  • 12:21

    "Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO
  • 12:10

    Latviya parlamentinin sədri Füzulidə səfərdədir
    Latviya parlamentinin sədri Füzulidə səfərdədir
  • 12:07

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
  • 12:03

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
  • 11:56

    İsrailin hərbi kabinet naziri Netanyahunu koalisiyadan çıxmaqla hədələyib
  • 11:37

    Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
  • 11:19

    Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
  • 10:48

    Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib
Menyu