Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir şəxs saxlanılıb
Oktyabrın 29-da saat 23 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu ərazisində yerləşən YPX postunda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, araşdırmalarla sürücü, Bakı şəhər sakini Elmin Ələkbərovun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində inzibati protokol tərtib olunub.
Kürdəmir rayon məhkəməsinin qərarı ilə onun barəsində 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net