http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sumqayıtda baş vermiş silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

31 Oktyabr 2023 , 14:44
Sumqayıtda baş vermiş silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı
 
Sumqayıt şəhərində baş vermiş silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Xəbər verildiyi kimi, oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müşfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla  əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda ibtidai istintaq davam edir.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən qanunvericiliyinin tələblərinə riayət edilməsi və istintaq orqanı ilə dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

XƏBƏR LENTİ
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
  • 18:55

    İsrailin Baş Qərargah rəisi Livanda quru manevrinə hazırlıqlarını açıqlayıb
  • 18:51

    SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək
  • 18:37

    Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
  • 18:34

    Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
  • 18:30

    TƏBİB-də geniştərkibli müşavirə keçirilib
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Menyu