http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mədəniyyət naziri Sumqayıtda vətəndaşları qəbul edib

31 Oktyabr 2023 , 17:56
Mədəniyyət naziri Sumqayıtda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur, sakinlərin problem və təklifləri dinlənilir.

"Operativ Media" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 31-də Sumqayıt şəhərində gerçəkləşib.

Qəbuldan əvvəl nazir və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Liderin Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli Lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR
DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb

Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb

XƏBƏR LENTİ
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
  • 20:42

    Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
  • 20:15

    Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
Menyu