Menyu

Növbəti 3-4 ildə Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq - Nazir

Növbəti 3-4 ildə Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq - Nazir

Səhv etmək çox vacib öyrənmə elementidir. Səhv etməkdən qorxan, risk etməyi sevməyən insanlar inkişaf edə bilməz.

"Operativ Media" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, səriştəli bir şəxsdən innovasiya gözləmək olar.

“Təhsil sistemində bu məsələdə arzular və gerçəkliklər arasında fərqlər var. İstəyirik ki, daha erkən yaşlarda uşaqlar rəqəmsal bacarıqlarla əhatə olunsun. Daha aşağı yaşlardan başlayıb sonrakı uzunmüddətli növbəti dövrdə risk etməyi sevən, səhv etməkdən qorxmayan nəsil formalaşsın. Ali təhsil müəssisələrində tədqiqat və innovasiya sahəsində 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı yerdəyik. Data və rəqəmlər də bunu sübut edir. Səriştəlilik və bacarıq baxımından irəlidəyik. Növbəti 3-4 ildə hər şey istədiyimiz kimi getsə, Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq. Bugünkü nəticə isə hələ o deyil”,- deyə nazir bildirib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.

"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər