İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 100 milyon manat alacaq
Gələn il Azərbaycanda dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
"Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bunun 87,7 milyon manatı əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün, 12,3 milyon manatı isə sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün ayrılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net