Menyu

“Hizbullah” lideri HAMAS-ın İsrailə hücum planından xəbərsiz olduqlarını bildirib

“Hizbullah” lideri HAMAS-ın İsrailə hücum planından xəbərsiz olduqlarını bildirib

HAMAS-ın İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı bir neçə cəbhədə yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah İsrail-Fələstin müharibəsi ilə bağlı bugünkü çıxışında bildirib.

Onun sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib.

“Və bizim də bundan xəbərimiz yox idi”, - “Hizbullah” lideri əlavə edib.

Həsən Nəsrullah vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı 100 faiz Fələstinin verdiyi bir qərardır, icrası da 100 faiz Fələstin tərəfindən həyata keçirilib.

Teqlər:

"\u201cHizbullah\u201d lideri HAMAS-\u0131n \u0130srail\u0259 h\u00fccum plan\u0131ndan x\u0259b\u0259rsiz olduqlar\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər