Menyu

Rusiya erməni biznesmeni beynəlxalq axtarışa verib

Redaksiya
Rusiya erməni biznesmeni beynəlxalq axtarışa verib

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi erməni iş adamı Ruben Tatulyanın saxlanılması üçün axtarış elan edib.

"Operativ Media" xəbər verir ki, Ruben Albertoviç Tatulyan Rusiya Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib.

Məlumat bazasında bildirilir ki, axtarışda olan şəxsin 2020-ci ildə Abxaziyada verilmiş diplomatik pasportu var. 

“İzvestiya”nın məlumatına görə, avqustun 31-də hüquq-mühafizə orqanlarının əməkdaşları Tatulyanın Soçidəki biznes mərkəzlərindən birində axtarış aparıblar. Biznesmen Soçidə ticarət mərkəzləri və yaşayış komplekslərinin tikintisi zamanı çoxmilyardlı oğurluq, torpaqdan istifadə və dələduzluqda şübhəli bilinir. 

TASS xəbər verir ki, Tatulyan 2017-ci ildə ABŞ sanksiyalarına məruz qalıb və məhdudlaşdırıcı tədbirlər onun Soçidəki “Vesna” hotelinə və Moskvada qeydiyyatdan keçmiş “New Age Media” MMC-yə də şamil edilib.

Qeyd edək ki, Ruben Tatulyan 2016-cı ilin ortalarından 2017-ci ilin sonuna kimi Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın müşaviri olub və cənub rayonlarında erməni icmasına yardımla məşğul olub. 

380458211_985106995913212_6876162479189674647_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=8cd0a2&_nc_ohc=xuqt0xlu5xUAX9GgdCe&_nc_ht=scontent.fevn7-1.fna&oh=03_AdRpAWvB7lj2G_MZIntDUl8amagUpzloQk6VbDPfJ3FT0Q&oe=656D5351

Teqlər:

"Rusiya erm\u0259ni biznesmeni beyn\u0259lxalq axtar\u0131\u015fa verib"

Əlaqəli Xəbərlər