http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar

30 Aprel 2024 , 16:37
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən Hüseynov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. 
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, nəqliyyat vasiəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də saxlanılıblar. 
Qeyd edək ki, bu ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67, nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən 27 sürücü aşkar olunub.
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
 

OXŞAR XƏBƏRLƏR
İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

İxrac olunan məhsulların ölkədəki qiymətləri münasibdir? - EKSPERT

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

Yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

XƏBƏR LENTİ
  • 06:39

    Polşada Rusiyanın sifarişi təxribatda şübhəli bilinən şəxslər həbs edilib
  • 06:26

    ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib
  • 05:49

    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
  • 05:40

    Yaponiya sahillərində 6 maqnitudalı zəlzələ olub
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
  • Dünən
    22:43

    ABŞ İrana qarşı tam sanksiyaları davam etdirəcək
Menyu