Sosial şəbəkə istifadəçiləri hansı hallarda cəzalandırıla bilər?
Nərmin Qocamanlı
Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunun hələ hazırlanmamış olmasına baxmayaraq, bəzi sosial şəbəkə istifaçilərinin məsuliyyətə cəlb olunduğuna rast gəlmək mümkündür. Xüsusən bu hal ilə "TikTok" istifadəçiləri daha çox qarşılaşır.
Bəs sosial şəbəkə istifadəçiləri hansı hallarda cəzalandırıla bilər?
Hüquqşünas Şamil Paşayev "Operativ Media"ya açıqlamasında deyib ki, sosial platformalarda konkret olaraq hər hansı bir şəxsi təhqir etmək, ona böhtan atmaq məsuliyyətə səbəb ola bilər:
"Bununla bağlı şəxslər xüsusi ittiham qaydasında məhkəməyə, ad-soyadını eyniləşdirmək mümkün olmayan şəxslər isə aidiyyəti qaydada prokurorluq orqanlarına müraciət edə bilərlər. Çünki belə hallar şəxslərin məsuliyyətə cəlb olunmasına səbəb ola bilər".
Hüquqşünas qeyd edib ki, əsasən "TikTok" canlı yayımlarında göndərilən jetonlar da məsuliyyətə cəlb edilməyə səbəb ola bilər:
"Jetonların atılması, oradan pul çıxarılması və onunla bağlı nəzərə almaq lazımdır ki, "TikTok" ödəyiciləri, ümumiyyətlə sosial mediadan pul qazananlar, influnserlər və digər reklam edənlər vergi ödəmirlər. Buna görə onları məsuliyyətə cəlb etmək, eyni zamanda müvafiq aidiyyatı və cərimələr etmək mümkündür. Bundan başqa, həmin jetorların atılması ilə pulun göndərilməsində çirkli pulların yuyulması məsələsi ola bilər. Çirkli pulların yuyulması məsələsində iştirak edən şəxslər, hətta bəzən ola bilər ki, bu, cinayət yolu ilə əldə olunmuş pulun leqallaşdırılması olar, bu kimi hallar məsuliyyətə səbəb ola bilər".
Sevinc İbrahimzadə
Teqlər:
"Sosial \u015f\u0259b\u0259k\u0259 istifad\u0259\u00e7il\u0259ri hans\u0131 hallarda c\u0259zaland\u0131r\u0131la bil\u0259r?"