http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

30 Aprel 2024 , 17:22
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, Emin Əmrullayev “Maarifçi”lərlə bağlı gözləntilərini dilə gətirərək bu kimi proqramların tələbə və gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını qeyd edib. Nazir, həmçinin sözügedən proqramın əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Proqram iştirakçılarının təəssüratlarını öyrənən elm və təhsil naziri sonda onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 27 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçıların 9-u magistratura tələbəsi, 6-sı III kurs, 8-i IV kurs bakalavriat tələbəsi, 4-ü isə son 3 il ərzində məzun olmuş şəxsdir.

Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi, 6 nəfər isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcək.

Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarını formalaşdırmaq, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarını artırmaq, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələrinə, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.

Proqram 3 ay davam edəcək və sonda iştirakçılara sertifikat təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 06:53

    Cəlal Hüseynov oynadı, komandası heç-heçə etdi
  • 06:39

    Polşada Rusiyanın sifarişi təxribatda şübhəli bilinən şəxslər həbs edilib
  • 06:26

    ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib
  • 05:49

    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
  • 05:40

    Yaponiya sahillərində 6 maqnitudalı zəlzələ olub
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
Menyu